Protech CS komandası tərəfindən Azər Çınqıl MMC müəssisəsində istehsal xəttində istifadə olunan konveyer lentlərinin isti yapışdırılması prosesi uğurla həyata keçirildi. İş zamanı yüksək temperaturlu pres avadanlıqları tətbiq edilərək lent birləşmələrinin möhkəmliyi və uzunömürlülüyü təmin olundu.
Bu texnologiya mexaniki yapışdırmadan fərqli olaraq lentin struktur bütövlüyünü qoruyur, daimi istismar zamanı qopma və deformasiya hallarının qarşısını alır. Prosesin sonunda hər bir hissə müasir test avadanlığı ilə yoxlanaraq istifadəyə hazır vəziyyətə gətirildi.
Protech CS olaraq məqsədimiz yalnız təmir deyil, eyni zamanda müəssisələrin avadanlıq effektivliyini və dayanıqlığını artırmaqdır. Təcrübəli mühəndislərimiz və texniki heyətimizlə sənaye müəssisələrinin istehsal fasiləsizliyini təmin edirik.
⚙️ Görülən iş: Lentlərin isti yapışdırılması
🏢 Müştəri: Azər Çınqıl MMC

